Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonundan olan yaralı hərbçilər ziyarət edilmişdir

25 sentyabr 2022 | 15:36

   2022-ci il 24 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadə Ermənistan silahlı qüvvələri tərəfindən cari ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanmış və hazırda Bakı şəhərində müalicə alan laçınlı hərbi qulluqçuları ziyarət etmişlər.

    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadə  yaralı hərbçilərimizin səhhəti və qayğıları ilə maraqlanmış, onlara maddi və mənəvi dəstək olmuşlar.

   Yaralı hərbi qulluqçular  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, sağaldıqdan sonra xidmətə davam edəcəklərini bildirmişlər.

 

Keçidlər