Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunda “Mülki müdafiə sahəsində 2022-ci ilin yekunu, 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilmişdir

15 dekabr 2022 | 17:04

    2022-ci il 15 dekabr tarixində Laçın Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələrin, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə “Mülki müdafiə sahəsində 2022-ci ilin yekunu, 2023-cü ildə qarşıda duran vəzifələr”ə həsr edilmiş tədbir keçirilmişdir.

    Tədbirdə Laçın Rayon  İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cabir Əvəzzadə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi kapitan Həsən Nəsirov, Mərkəzin  Mülki müdafiəyə hazırlıq şöbəsinin kimyaçı baş zabiti baş leytenant Murad Bəhmənli iştirak ediblər.

    Tədbir açıq elan edildikdən sonra Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin zabitləri çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar verərək qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

    Daha sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı tədbir iştirakçıları ilə  müzakirə aparıldı.

Keçidlər