Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunda “İmmunlaşdırma həftəsi” çərçivəsində tədbir keçirilmişdir

28 aprel 2023 | 17:02

      Məlum olduğu kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il 24-30 aprel tarixlərində Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir. İmmunlaşdırma kampaniyası peyvəndlərlə qarşısı alına bilən xəstəliklərdən uşaqların qorunmaq hüququ olması barədə əhalini məlumatlandırmaq, eyni zamanda peyvəndlə əhatəolunma səviyyəsini yüksəltmək məqsədi daşıyır.

      Bu məqsədlə səhiyyə naziri Teymur Musayev 24-30 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalamışdır.

      2023-cü il 28 aprel tarixində Laçın Rayon İcra Hakimiyyəti və “Laçın Rayon Mərkəzi  Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Laçın Rayon Təhsil sektorunun iclas zalında maarfləndirici  tədbir keçirilmişdir. Tədbirdə müxtəlif infeksion xəstəliklərə qarşı istifadə olunan peyvəndlərlə bağlı , həmçinin ötən müddət ərzində bu sahədə görülmüş işlər barədə məruzə dinlənilmişdir.  Məruzə ətrafında çıxışlarda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması naminə respublikada görülən işlərdən  danışılaraq,  uşaqların sağlamlığının qorunması daim dövlətin diqqət mərkəzində olduğu xüsusilə vurğulanmışdır. Qeyd olunmuşdur ki, hər il olduğu kimi cari ildə də ölkəmizdə olduğu kimi laçınlı köçkünlərin daha kompakt məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü ərazisində də  aprel ayının sonuncu həftəsində “İmmunlaşdırma həftəsi” keçirilir.

       Tədbirdə Rayon İcra Hakimiyyətinin, “Laçın Rayon Mərkəzi  Xəstəxanası” publik hüquqi şəxsin məsul əməkdaşları, tibb işçiləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, ümumtəhsil müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Keçidlər