Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması barədə tədbir keçirilmişdir.

25 aprel 2025 | 12:27

             Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.7.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Laçın Rayon İcra Hakimiyyəti 25 aprel 2025-ci il tarixdə Ağcabədi rayonunun Taxta körpü  ərazisində Laçın Rayon Təhsil Sektorunun iclas zalında tədbir keçirmişdir.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Tofiq Mirzəyev, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin rəis müavini Xanlar Adıgözəlov, Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin, Laçın Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin rəhbərləri və əməkdaşları, kənd inzibati ərazi vahidi üzrə nümayəndələr və fermerlər  iştirak etmişdir. 

Tədbirdə çıxış edənlər Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi,   bu sistem vasitəsi ilə  bütün kənd təsərrüfatı heyvanlarının identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı heyvan mənşəli məhsulların gətirildiyi təsərrüfat, emal müəssisəsi, tətbiq edilmiş peyvəndlər və digər məlumatların  bu sistemdə yer alması  və hər bir heyvanın və heyvandarlıq məhsulunun ”fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin tam təmin ediləcəyi haqqında  geniş məlumat vermişlər.

 Laçın rayonunda 2024-cü ildə 75, 2025-ci təsərrüfat ilində daha 85  fərdi təsərrüfat sahibi şəxsi təsərrüfatlarında olan iri buynuzlu mal-qaranın identikləşdirilməsi  üçün  Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etmiş, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsi tərəfindən həmin təsərrüfatlar  1427 ədəd  birka ilə təmin edilmişdir.

Müxtəlif həcmli heyvandarlıq təsərrüfatlarında olan heyvanların identikləşdirilməsinin qısa müddətdə icra olunması məqsədilə Laçın Rayon İcra Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələr  nümayəndəlikdə daimi qeydiyyatda olan və kənd təsərrüfatı ilə məşğul olan sakinləri ilə mütəmadi əlaqə saxlayır və bu prosesdə fəal iştirak etmələri üçün təbliğat və maarifləndirmə işi aparır.

Laçın Rayon İcra Hakimiyyətinin, kənd ərazi dairələri üzrə nümayəndələrin əhali arasında apardığı maarifləndirmə tədbirləri, kənd təsərrüfatı heyvanlarının elektron qaydada qeydiyyatının aparılması  və heyvan sağlamlığının daim diqqətdə saxlanması heyvandarlıq təsərrüfatlarında heyvanların identikləşdirilməsinə marağı artırmıdır.

  Tədbirin sonunda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin  hazırladığı bukletlər tədbir iştirakçılarına paylanmış, onları maraqlandıran suallar Qida Təhlükəsizliyi Agentliyinin  mütəxəssisləri tərəfindən cavablandırılmışdır.

Keçidlər