Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunda “Heyvanların identifikasiyası və qeydiyyat sisteminin formalaşdırılması və tətbiqi” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

25 sentyabr 2025 | 17:43

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin  Şərqi Zəngəzur  Regional  bolməsinin təşəbbüsü vəLaçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə   25 sentyabr 2025-ci il tarixində   Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında  kənd təsərrüfatı mütəxəssislərin və fermerlərin iştirakı ilə müşavirə   keçirilmişdir.

Müşavirədə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin  Şərqi Zəngəzur Regional bölməsinin rəisi,  Heyvan Sağlamlığı və  biotəhlükəsizlik şöbəsinin məsləhətçiləri, Kənd Təsərrüfatı Nazirliyinin yerli qrumlarının rəhbər və mütəxəssisləri iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda yerli icra hakimiyyətinə aid  olan tapşırıqlar müzakirə edilmişdir.

 Müşavirədə çıxış edən mütəxəssisiərin heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqinin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi, heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikasının aparılması, onların optimallaşdırılması və modernləşdirilməsi,heyvan sağlamlığı sahəsində bufer, kompartment, müşahidə, xüsusi və azad zonaların yaradılmasının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması və Dövlət Proqramının digər bəndləri  haqqında məlumatları dinlənilmiş, mövzulara uyğun hazırlanmış slayd nümayiş olunmuş, müşavirə iştirakçılarına  bukletlər paylanılmışdır.

Sonda müşavirədə iştirak edən fermerləri maraqlandıran suallar cavablandırılmış, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinin və Şərqi Zəngəzur Regional bölməsinin əlaqə telefonları elan edilmişdir.

Keçidlər