Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunda 2 iyul – Azərbaycan polisi günü ilə bağlı tədbir keçirilmişdir

02 iyul 2024 | 15:58

Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü və 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə  keçirilən tədbirdə,  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Laçın Rayon Polis Şöbəsinin rəhbərliyi və  əməkdaşları iştirak etmişlər.

            Tədbir iştirakçıları əvvəlcə Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü və ərazidə şəhidlərin xatirəsinə ucaldılmış  abidə - kompleksi ziyarət edərək hər iki abidə önünə tər güllər düzərək   əziz və unudulmaz xatirələrinə  dərin ehtiramlarını bildirmişlər.
           Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli,  peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik edərək,  Azərbaycan polisinin yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini vurğulamışdır. Xüsusilə ölkə başçısı cənab İlham Əliyevin :  “Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçmişdir. Bunu 44 günlük Vətən Müharibəsində qazanılan Zəfərdə bir daha sübut etdi. Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olmuşdur” fikrinə istinad edək, dövlət başçısının polis işçilərinə daim diqqət və qayğı ilə yanaşdığını, bunun polislərin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəltdiyini qeyd etmişdir.
                  Tədbirdə digər çıxış edənlər Azərbaycan polisinin dövlətçiliyimizin möhkəmləndirilməsində və cinayətkarlığa qarşı mübarizədə  fədaəkarlığından söz açaraq ,öz təbriklərini bildirmişlər.

             Sonda  çıxış edən Laçın rayon Polis şöbəsinin rəisi Adil Əsədov  Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışaraq şəxsi heyəti bayram münasibətilə təbrik etmiş, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində məlumat verərək, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən polis işçilərinə  yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğıdan söz açaraq, dövlət başçısına dərin minnətdarlığını bildirmişdir.

Keçidlər