Laçın rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir
Əlamətdar tarixi gün münasibətilə keçirilən tədbirdə, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, aparatın məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ağcabədi rayonu Taxtakörpü ərazisində müvəqqəti fəaliyyət göstərən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər düzərək böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, dövlətimizin tərəqqisi naminə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirildiyini, ədalət prinsipinin təmin olunduğunu bildirən rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan prokurorluğunun inkişafın növbəti mərhələsinə qədəm qoyduğunu vurğulayaraq, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrildiyini diqqətə çatdırıb.
Sonra Laçın rayon prokuroru İlqar Səadətov prokurorluq orqanlarında aparılan islahatlardan danışaraq, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində məlumat verərək, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğıdan söz açaraq, dövlət başçısında dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının müstəsna rolundan danışıblar.