Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonuna növbəti mərhələdə daha 25 məcburi köçkün ailəsi yola salındı.

30 mart 2024 | 09:34

Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına   Böyük Qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən ilkin mərhələdə  Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən  bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.        

           30.03.2024-cü il tarixində Laçın şəhərinə ümumilikdə 21 ailə - 68 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 14 ailə - 45 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 3 ailə - 6 nəfər, Abşeron rayonunda məskunlaşmış 3 ailə - 15 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Tərtər rayonunda məskunlaşmış 1 ailə - 2 nəfər isə məskunlaşdıqları ərazidən Füzuli rayonunun Horadiz şəhərində köç karvanına qoşularaq, bir yerdə Laçın şəhərinə yola salınmışdır. 30.03.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın şəhərinə ümumilikdə 472 ailə - 1773 nəfər köçürülmüşdür.

      Eyni zamanda Laçın rayonunun Zabux kəndinə ümumilikdə 4 ailə - 11 nəfər, o cümlədən Sumqayıt şəhərində məskunlaşmış 1 ailə - 4 nəfər, Abşeron rayonunda məskunlaşmış 3 ailə - 7 nəfər  Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınmışdır. 30.03.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın rayonunun Zabux kəndinə ümumilikdə 215 ailə - 819 nəfər köçürülmüşdür.

           Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.

Keçidlər