Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonuna növbəti mərhələdə daha 24 məcburi köçkün ailəsi yola salındı

28 fevral 2024 | 09:56
      Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına   Böyük Qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən ilkin mərhələdə  Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən  bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.       
     28.02.2024-cü il tarixində Laçın şəhərinə ümumilikdə 20 ailə - 78 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 11 ailə - 41 nəfər, Sumqayıt şəhərin də məskunlaşmış 3 ailə - 11 nəfər, Abşeron rayonunda məskunlaşmış 4 ailə - 21 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Tərtər rayonunda məskunlaşmış 1 ailə - 3 nəfər, Ağcabədi rayonunda məskunlaşmış 1 ailə - 2 nəfər məskunlaşdıqları ərazidən Füzuli rayonunun Horadiz şəhərində köç karvanına qoşularaq, bir yerdə Laçın şəhərinə yola salınmışdır. 28.02.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın şəhərinə ümumilikdə 451 ailə - 1705 nəfər köçürülmüşdür

      Eyni zamanda Laçın rayonunun Zabux kəndinə ümumilikdə 4 ailə - 11 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 4 ailə - 11 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınmışdır. 28.02.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın rayonunun Zabux kəndinə ümumilikdə 211 ailə - 808 nəfər köçürülmüşdür

     Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.
Keçidlər