Laçın rayonuna növbəti mərhələdə daha 23 məcburi köçkün ailəsi yola salındı.
Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına Böyük Qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən ilkin mərhələdə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux kəndinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.
30.04.2024-cü il tarixində Laçın şəhərinə ümumilikdə 21 ailə - 65 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 12 ailə - 37 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 ailə - 7 nəfər, Abşeron rayonunda məskunlaşmış 2 ailə - 3 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Ağcabədi rayonunda məskunlaşmış 2 ailə - 7 nəfər, Beyləqan rayonunda məskunlaşmış 2 ailə - 6 nəfər, Kürdəmir rayonunda məskunlaşmış 2 ailə - 5 nəfər isə məskunlaşdıqları ərazidən Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq, bir yerdə Laçın şəhərinə yola salınmışdır. 30.04.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın şəhərinə ümumilikdə 493 ailə - 1838 nəfər köçürülmüşdür.
Eyni zamanda Laçın rayonunun Zabux kəndinə ümumilikdə 2 ailə - 4 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 1 ailə - 1 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Bərdə rayonunda məskunlaşmış 1 ailə - 3 nəfər isə məskunlaşdıqları ərazidən Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq, bir yerdə Laçın rayonunun Zabux kəndinə yola salınmışdır. 30.04.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın rayonunun Zabux kəndinə ümumilikdə 217 ailə - 823 nəfər köçürülmüşdür.
Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər