Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonuna növbəti mərhələdə daha 20 məcburi köçkün ailəsi yola salındı.

31 may 2024 | 09:55

Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına   Böyük Qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən ilkin mərhələdə  Laçın şəhərinə 700 ailənin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən  bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.       

           31.05.2024-cü il tarixində Laçın şəhərinə ümumilikdə 20 ailə - 68 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 12 ailə - 38 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 2 ailə - 9 nəfər, Abşeron rayonunda məskunlaşmış 1 ailə - 6 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Mingəçevir şəhərində məskunlaşmış 1 ailə - 4 nəfər, Ağcabədi rayonunda məskunlaşmış 1 ailə - 2 nəfər, Bərdə rayonunda məskunlaşmış 2 ailə - 8 nəfər,  Beyləqan rayonunda məskunlaşmış 1 ailə - 1 nəfər isə məskunlaşdıqları ərazidən Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq, bir yerdə Laçın şəhərinə yola salınmışdır. 31.05.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın şəhərinə ümumilikdə 513 ailə - 1906 nəfər köçürülmüşdür.

Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.

Keçidlər