Laçın rayonu üzrə sahibkarlar arasında sahibkarlığın inkişafı sahəsində görülmüş işlərin vəziyyəti və bu sahədə qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.36-cı yarımbəndinə əsasən gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə tədbirlərin görülməsi tapşırığı üzrə icraçılar İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyətləri müəyyən edilmişdir. Həmin tapşırığın icrası ilə əlaqədar 2019-2022-ci il ərzində Laçın Dövlət Aqrar İnkişaf Mərkəzi və Laçın Rayon Sahibkarlar Şurası tərəfindən gənc sahibkarlar arasında sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə yerlərdə maarifləndirici söhbətlər aparılmış, bu sahədə beynəlxalq təcrübənin yerlərdə gənc sahibkarlara öyrədilməsi işləri həyata keçirilmişdir.
10.03.2023-cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın rayonundan olan sahibkarlar arasında sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı Laçın Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbirdə Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin, Laçın rayon Baytarlıq İdarəsinin mütəxəssisləri, Laçın Rayon Sahibkarlar Şurasının üzvləri, eləcədə yerli sahibkarlar iştirak etmişlər.
Tədbirdə gündəlik məsələ ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevin ətraflı məlumatı dinlənilmişdir. Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sahib Quluyev, Laçın Rayon Baytarlıq İdarəsinin rəisi Sovet Həsənov, Laçın Rayon Sahibkarlar Şurasının sədri Osman Həsənov və digərləri öz çıxışlarında gənc sahibkarlar arasında sahibkarlığın və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması sahəsində görülmüş işlərdən danışmış, bu istiqamətdə bir sıra təkliflər irəli sürmüşlər.
Tədbirə yekun vuran Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev gənc sahibkarlar arasında sahibkarlığın və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması istiqamətində Laçın rayonu üzrə görülmüş işləri müsbət qiymətləndirərək, tədbir iştirakçılarına müvafiq tapşırıq və tövsiyələrini vermişdir.