Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aparatında cari məsələlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir
27 fevral 2026 | 14:05
Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aparatında Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin sədrliyi ilə cari məsələlərə və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirə keçirilmişdir.
Müşavirədə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Müşavirədə mövcud vəziyyət ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilmişdir.






