Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü” ilə bağlı bayram konserti tədbiri keçirilmişdir. 07.11.2026

07 noyabr 2026 | 12:04

Laçın Rayon İcra Hakimiyyəti başçısının 2026-cı il 31 oktyabr tarixli 5-64/3-3-183/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “8 Noyabr - Zəfər Günü” ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının Tədbirlər Planı”nın icrası lə əlaqədar Laçın rayon sakinlərinin kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Zəfər bayramına həsr olunmuş bayram konserti tədbiri təşkil edilmişdir.
Şanlı Zəfər bayramı tədbirində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Laçın rayonunun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, şəhid ailə üzvləri, müharibə əlilləri, müharibə veteranları, ziyalılar, ağsaqqallar, gənclər, çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli “8 Noyabr - Zəfər Günü” bayramı münasibətilə rayon sakinlərini təbrik etmiş, xalqımıza ən xoş arzu və diləklərini çatdırmışdır.
Sonra təntənəli bayram konserti tədbirinə başlanılmışdır. Təntənəli bayram konserti tədbiri Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Şamkənd kənd uşaq Musiqi məktəbinin həyətindəki açıq meydanda təşkil olunmuşdur.
Konsertdə Laçın rayonunun yerli özfəaliyyət kollektivinin incəsənət ustalarının xalqımızın Şanlı Qələbəsinə həsr olunmuş vətənpərvər musiqi nümunələri, habelə şux və oynaq musiqi nömrələri səsləndirmələri hər bir iştirakçıda xoş təəssürat və şən əhval-ruhiyyə yaratmışdır.
Təntənəli bayram konserti tədbir iştirakçılarının sürəkli alqışları ilə başa çatmışdır.
Zəfər Bayramınız mübarək olsun!

Keçidlər