Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin strukturunda çalışan bir qrup dövlət qulluqçusu Dövlət İmtahan Mərkəzinin Ağcabədi şəhərində keçirilmiş təlimlərində iştirak etmişlər.

08 dekabr 2023 | 09:10

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 22 iyul tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq fəaliyyət istiqaməti çərçivəsində qrafik üzrə dövlət qulluqçularının təlimlərə cəlb olunması nəzərdə tutulmuşdur. 

    Həmin Sərəncamın icrasını təmin etmək məqsədilə 2023-cü il 4-6-7 dekabr tarixlərdə Ağcabədi Bayraq Muzeyinin akt zalında Ağcabədi və Laçın Rayon İcra Hakimiyyətlərinin strukturunda, həmçinin, rayonun inzibati ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda  çalışan dövlət qulluqçuları üçün  Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən  təlimlər  keçirilmişdir. 

     Təlimlərdə Laçın Rayon İcra Hakimiyyətinin strukturunda çalışan 16 nəfər dövlət qulluqçusu iştirak etmişdir.

     Təlimlərdə  Dövlət İmtahan Mərkəzinin məsul işçiləri  Sevinc Məmmədova, Nazlı Abduləlimova, Nərmin Xəlilova, Ülviyyə Bədəlova, Mirzağa Yaqubzadə, Elnur Abbasov tərəfindən dövlət qulluğunda çalışan iştirakçılara  “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik”,  “Dövlətin əsasları”, “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında  slaydlar vasitəsilə seminar dərslər keçirilmişdir. Slayd vasitəsilə həyata keçirilən seminar dərslər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

    Seminar  zamanı  təlimçilər mövzular üzrə münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya, eləcə də  rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü, kadr siyasəti və onun problemlərindən geniş söz açıblar.

     Təlimçilər təlimin gedişi zamanı iştirakçıları maraqlandıran sualları da ətraflı şəkildə  cavablandırıblar.

 

 

 

Keçidlər