Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər.

24 sentyabr 2026 | 17:05

     ​Laçın Rayon İcra Hakimiyyəti başçısının “27 Sentyabr – Anım Günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının tədbirlər planı”nın təsdiq edilməsi haqqında 16.09.2026-cı il tarixli, 5-64/3-3-137/2026 nömrəli sərəncamının icrası olaraq 24 sentyabr 2026-cı il tarixində Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları və şəhid ailə üzvləri 44 Günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan, Bakı şəhəri Qaradağ rayonu ərazisində dəfn olunmuş Həsənov Tural Rauf oğlunun məzarını ziyarət etmişlər.
     Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin məzarı önünə gül dəstələri qoyaraq, onların əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər.
Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Onların müqəddəs xatirəsi hər zaman uca tutulacaq, göstərdikləri şücaət gələcək nəsillərə örnək olacaqdır.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər