Laçın Rayon İcra Hakimiyyətinin kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər. 24.09.2026
Laçın Rayon İcra Hakimiyyəti başçısının “27 Sentyabr – Anım Günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının tədbirlər planı”nın təsdiq edilməsi haqqında 16.09.2026-cı il tarixli, 5-64/3-3-137/2026 nömrəli sərəncamının icrası olaraq 23 sentyabr 2026-cı il tarixində Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları və şəhid ailə üzvləri 44 Günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan, Bakı şəhəri Xəzər rayonu ərazisində dəfn olunmuş Cabbarov Şahgündüz Habil oğlunun, Nəsibli Elvin Bəxtiyar oğlunun və Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunmuş Abbaslı Elgin Ağayar oğlunun məzarlarını ziyarət etmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq, onların əziz xatirələrini dərin hörmət və ehtiramla yad etmişlər.
Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Onların müqəddəs xatirəsi hər zaman uca tutulacaq, göstərdikləri şücaət gələcək nəsillərə örnək olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






