Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları “Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlimdə iştirak etmişlər.

03 noyabr 2026 | 08:37

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il 3 noyabr tarixində yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün onlayn formatda “Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim keçirilimişdir.

      Təlimdə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin məsul işiləri də iştirak etmişlər.

    Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin əməkdaşları Zeynal Cabarov və Miranə Rüstəmli tərəfindən iştirakçılara Azərbaycan dili haqqında qısa məlumat, düzgün nitqin mahiyyəti və əhəmiyyəti, rəsmi-işgüzar üslubun tələbləri, dövlət sənədlərində ən çox rast gəlinən qrammatik və orfoqrafik səhvlər, rəqəmsal etiket və elektron yazışma qaydaları və s. məsələlər barədə ətraflı məlumat verilimişdir.

      Təlimin sonunda iştirakçıların sualları cavablandırılmışdır..

Keçidlər