Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.

12 avqust 2022 | 17:20

Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin laçınlı  məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2022-ci il 12 avqust tarixdə Bərdə rayonu ərazisindəki 866 ailəlik məcburi köçkünlər qəsəbəsində keçirilmişdir.

 

Bərdə rayonu ərazisindəki 866 ailəlik məcburi köçkünlər qəsəbəsində - Mənzil İstismar Sahəsinin inzibati binasında 46 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında  və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından, eyni zamanda 2022-ci il 26 iyun tarixində bir daha Laçın rayonu ərazisinə səfər etməsi zamanı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərindən, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərdən, “Həkəriçay” su anbarı layihəsi ilə tanış olmağından danışmışdır. Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması  ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini  bildirmişdir. O, daha sonra çıxışında Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.

           Səyyar qəbulda iştirak edən məcburi köçkünlərin müraciəti dinlənilmişdir. Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.

         Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri  iştirak etmişlər.

         Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər