Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 05.11.2025

05 noyabr 2025 | 17:45

2025-ci il 05 noyabr tarixində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bərdə rayonunun Qazaxlar kəndi ərazisində fəaliyyət göstərən Laçın rayonunun Qazaxlar kənd ümumi orta məktəbində - həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilmişdir. 

Rayon rəhbəri ilə görüş - səyyar qəbulda 32 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir. Görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli dövlət başçısı  cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Laçın  rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Xüsusilə qeyd olunmuşdur  ki, 44 günlük Vətən Müharibəsindən keçən qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işləri, rayon saknlərinin ata-baba yurdlarına Böyük Qayıdışın başlanması laçınlılar  tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılanır.

Səyyar qəbulda rayon sakinləri tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınaraq icrası nəzarətə götürülmüşdür.

Sonda rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin təşəkkürlərini bildirmişlər.

Keçidlər