Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhərinin Səbail rayonunda keçirilmişdir. 13.11.2025
2025-ci il 13 noyabr tarixində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Elçin Əzizov küçəsi 12 ünvanında müvəqqəti fəaliyyət göstərən 40 nömrəli Laçın tam orta məktəbində həmin ərazidə məskunlaşmış laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilmişdir.
Rayon rəhbəri ilə görüş -səyyar qəbulda 34 nəfər laçınlı məcburi köçkünün iştirak etmişdir. Görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Laçın rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Xüsusilə qeyd olunub ki, 44 günlük Vətən Müharibəsindən keçən, qıssa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işləri , rayon saknlərinin ata-baba yurdlarına Böyük Qayıdışın başlanması laçınlılar tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılanır.
Səyyar qəbulda rayon sakinləri tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınaraq icrası nəzarətə götürülmüşdür.
Sonda rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin təşəkkürlərini bildiriblər.






