Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhərinin Qaradağ rayonunda keçirilmişdir. 14.11.2025

14 noyabr 2025 | 15:38

2025-ci il 14 noyabr tarixində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış massivində fəaliyyət göstərən 29 nömrəli Laçın tam orta məktəbində həmin ərazidə məskunlaşmış laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilmişdir. 

Rayon rəhbəri ilə görüş -səyyar qəbulda 64 nəfər laçınlı məcburi köçkünün iştirak etmişdir. Görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli dövlət başçısı  cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Laçın  rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Xüsusilə qeyd olunub  ki, 44 günlük Vətən Müharibəsindən keçən, qıssa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işləri , rayon saknlərinin ata-baba yurdlarına Böyük  Qayıdışın başlanması laçınlılar  tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılanır.

Səyyar qəbulda rayon sakinləri tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınaraq icrası nəzarətə götürülmüşdür.

Sonda rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin təşəkkürlərini bildiriblər.

Keçidlər