Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Əhməd Hümbətova təqdim edib

17 noyabr 2023 | 11:50

       23 iyun - Dövlət qulluqçularının peşə bayramı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 22 iyun tarixli, 3938 nömrəli  Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir sıra dövlət qulluqçuları ilə yanaşı Laçın Rayon  İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Ramazan oğlu Hümbətov   “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
       Bununla əlaqədar  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  tərəfindən həmin dövlət təltifi Əhməd  Hümbətova   təqdim edilərək bildirilib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dövlət qulluğu sahəsində apardığı uğurlu islahatların nəticəsidir ki, bu gün ölkəmizdə çevik və səmərəli   idarəetmə mexanizmi yaradılıb. Sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rəhbərlik etdiyi kollektiv adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.
    Əhməd Hümbətov ona göstərilən bu yüksək dəyərə görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz ailəsi adından minnətdar olduqlarını bildirərək, bundan sonra da dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəyini  vurğulayıb.
              

Keçidlər