Laçın Rayon İcra Hakimiyyətində "Yaşıl dünyamızı daha da yaşıllaşdıraq!” adlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar 2024-cü il 7 avqust tarixində Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalınada "Yaşıl dünyamızı daha da yaşıllaşdıraq!” adlı tədbir təşkil edilmişdir. Tədbirdən əvvəl ərazidəki inzibai binaların ətrafında təmizlik və abadlıq işləri həyata keçirilmişdir. Sonra mövzu ilə əlaqədar tədbir Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalınada davam etdirilmişdir. Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin rəhbərliyi ilə keçirilən tədbirdə çoxsaylı rayon ictimaiyti nümayəndəi iştirk edirdi.
Tədbir başlamazdan əvvəl torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı mövzu ilə bağlı fikirlərini bölüşərək bununla bağlı rayonda keçirilən tədbirlərdən, görülən işlərdən ətraflı danışıb. Eyni zamanda, dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişikliklərindən, Azərbaycanın COP29 adlı mühüm bir konfransa ev sahibliyi etməsindən və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasından söz açaraq vurğulayıb ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamında qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev məruzəsində bu gün dünyanı narahat edən qlobal ekoloji problemlərin canlı aləmə, ətraf mühitə, ekologiyaya mənfi təsirinin, vurduğu zərərlərin qarşısını almaq məqsədilə görülən işlərdən danışaraq bu sahəyə diqqətin artırılmasını, beynəlxalq həmrəyliyin gücləndirilməsini, ölkəmizin bu təşəbbüsə qoşulmasını tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahəyə diqqətin artırılmasına, yaşıllıqların, meşə zolaqlarının salınmasına, su hövzələrinin təmizlənilməsinə, ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə artırılacağına bir çağırışdır.
Təbirdə çıxış edən digər natiqlər yüksək səviyəli tədbirlərin ölkəmizdə keçirilməsindən qürur duyduqlarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə də yüksək səviyyədə ev sahibliyi edəcəyini qeyd ediblər.