Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir

18 may 2022 | 15:57

     2022-ci il 18 may  tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  qəbulu keçirilmişdir.
   Qəbula yazılmış 7 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 3-ü münasib işlə təmin olunma, 2-si mənzil, 1- torpaq, 1-i isə maddi yardım olunması barədə olmuşdur.
     Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür

Keçidlər