Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir

11 may 2022 | 15:30

    2022-ci il 11 may  tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  qəbulu keçirilmişdir.
   Qəbula yazılmış 6 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 5-i münasib işlə təmin olunma, 1-i isə mənzil məsələsi barədə olmuşdur.
   Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Keçidlər