Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
22 iyun 2022 | 15:08
2022-ci il 22 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qəbulu keçirilmişdir.
Qəbula yazılmış 10 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 5-i münasib işlə təmin olunma, 3-ü torpaq, 2-si birdəfəlik maddi yardım olunması məsələsi barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, 2 müraciət yerindəcə həll edilmiş, digər müraciətlərin icrası nəzarətə götürülmüşdür.