Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
01 iyun 2022 | 14:47
2022-ci il 01 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qəbulu keçirilmişdir.
Qəbula yazılmış 9 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 6-ı münasib işlə təmin olunma, 2-si mənzil, 1-i isə digər məsələ barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.