Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 31.01.2024
31 yanvar 2024 | 14:36
2024-cü il 31 yanvar tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış 8 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərin 5-i münasib işlə təminat, 1-i maddi köməklik, 2-si isə mənzillə təmin olunması barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.