Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 30.08.2023
30 avqust 2023 | 15:51
2023-cü il 30 avqust tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış 13 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərin 6-ı münasib işlə təminat, 3-ü mənzillə təmin olunma, 4-ü isə digər məsələlər barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.