Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 29.03.2023
29 mart 2023 | 16:00
2023-cü il 29 mart tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış 7 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərin 3-ü münasib işlə təminat, 1-i torpaq, 1-i birdəfəlik maddi yardım, 2-si isə digər məsələlər barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.