Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022

28 sentyabr 2022 | 16:25

   2022-ci il 28 sentyabr  tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  növbəti qəbulu keçirilmişdir.
   Qəbula yazılmış 11 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 9-u  münasib işlə təminat, 1-i mənzil ilə təmin olunma, 1-i isə birdəfəlik maddi yardım göstərilməsi barədə olmuşdur.
     Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Keçidlər