Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 26.10.2022
26 oktyabr 2022 | 15:54
2022-ci il 26 oktyabr tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış 9 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 8-i münasib işlə təminat, 1-i isə ev məsələsi barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.