Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 24.08.2022

24 avqust 2022 | 17:41

2022-ci il 24 avqust  tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  növbəti qəbulu keçirilmişdir.
   Qəbula yazılmış 11 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 8-i münasib işlə təmin olunma, 3-ü isə digər məsələlər barədə olmuşdur.
     Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Keçidlər