Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 21.12.2022
21 dekabr 2022 | 17:11
2022-ci il 21 dekabr tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış 9 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 8-i münasib işlə təminat, 1-i ünvanlı sosial yardımın təyin olunması barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.