Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 19.11.2025
19 noyabr 2025 | 16:41
2025-ci il 19 noyabr tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış vətəndaşların müraciətləri ayrı-ayrılıqda ətraflı dinlənilmişdir.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.






