Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 17.08.2022
17 avqust 2022 | 15:21
2022-ci il 17 avqust tarixdə Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qəbulu keçirilmişdir.
Qəbula yazılmış 10 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 9-u münasib işlə təmin olunma,1-isə digər məsələlər barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.