Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 15.02.2023

15 fevral 2023 | 12:47

    2023-cü il 15 fevral  tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  növbəti qəbulu keçirilmişdir.
    Qəbula yazılmış 14 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 11-i  münasib işlə təminat, 1-i maddi yadım, 1-i ünvanlı sosial yardım, 1-i isə vahid aylıq müavinətin bərpa olunması barədə olmuşdur.

     Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Keçidlər