Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 14.02.2024
14 fevral 2024 | 15:39
2024-cü il 14 fevral tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış 22 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərin 12-si münasib işlə təminat, 1-i maddi köməklik, 2-si vahid aylıq müavinətin bərpası, 6-sı mənzillə təmin olunması və 1-i isə digər məsələ barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.