Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 11.12.2024
11 dekabr 2024 | 16:01
2024-cü il 11 dekabr tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış vətəndaşların müraciətləri ayrı-ayrılıqda ətraflı dinlənilmişdir.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.