Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 10.08.2022

10 avqust 2022 | 17:26

2022-ci il 10 avqust  tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  növbəti qəbulu keçirilmişdir.


   Qəbula yazılmış 7 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 6-sı münasib işlə təmin olunma, 1-i isə digər məsələlər barədə olmuşdur.


     Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Keçidlər