Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 08.02.2023
08 fevral 2023 | 16:06
2023-cü il 08 fevral tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış 11 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 11-i də münasib işlə təminat barədə olmuşdur. Bir müraciət isə kollektiv müraciət olmuş, həmin müraciətlə bağlı müvafiq izahat verilmişdir
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür