Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 06.12.2023
06 dekabr 2023 | 14:48
2023-cü il 06 dekabr tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış 7 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərin 6-sı münasib işlə təminat, 1-i isə mənzilin təmir olunması barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.