Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 03.08.2022

03 avqust 2022 | 16:37

2022-ci il 3 avqust  tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  növbəti qəbulu keçirilmişdir.


   Qəbula yazılmış 19 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 14-ü münasib işlə təmin olunma, 2-isə mənzil məsələsi, 3-ü isə digər məsələlər barədə olmuşdur.


     Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Keçidlər