Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.

06 aprel 2026 | 18:07

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı-nın 5.1-ci bəndində nəzərdə tutulmuş Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi tapşırığının icrasını təmin etmək məqsədilə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçuları, ”Laçın Qaçqın və Məcburi Köçkünlərə Dayaq” İctimai birliyinin sədri, rayonun digər idarə, müəssisə və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə  tədbir keçirilmişdir.

 İclasda  çıxış  edən Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının  Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Minə Əliyeva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlər, həyata keçirilən islahatlar və təşkilati tədbirlərin öz yüksək effektivliyini göstərməkdə davam etdiyini qeyd etmiş, Korrusiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və  “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın  qarşıya qoyduğu vəzifələrə uyğun olaraq  dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi istiqamətində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən  görülən işlər haqqında geniş məlumat vermişdir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir.

Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Rayonun digər idarə, müəssisə və təşkilatların vəzifəli şəxsləri tədbirdə çıxış edərək korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər məhz bu inkişafın başlıca amilləri olduğunu vurğulamış və ölkəmizin hazırkı inkişaf mərhələsi korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin davamlılığını təmin edəcək yeni bir sənədin - Korrupsiyaya qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planının qəbul edilməsinindən söz açmışdırlar. Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi şəffaflığın artırılmasına, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət etdiyi xüsusilə vurğulanmışdır.

Tədbirdə ”Laçın Qaçqın və Məcburi Köçkünlərə Dayaq” İctimai birliyinin sədri çıxışında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması ilə mütəmadi monitorinqlər və Milli Fəaliyyət Planının icra vəziyyəti müstəqil QHT-lər tərəfindən qiymətləndirildiyini  və bu hesabatlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən nəzərə alındığını, ötən illərdə Komissiyanın nəzdində fəaliyyət göstərən işçi qruplarına Vətəndaş Cəmiyyəti nümayəndələrinin cəlb edilməsi üçün ictimai çağırışlar edildiyindən bəhs etmişdir.

 Sonda korrupsiya ilə mübarizənin gücləndirilməsi tədbirlər silsiləsinin davam etdiriləcəyi diqqətə çatdırılmışdır.

Keçidlər