Laçın Rayon İcra Hakimiyyətində “Müstəqilliyimiz, əbədidir, daimidir, dönməzdir”mövzusunda dəyirmi masa keçirilmişdir.
2025-ci il 17 oktyabr tarixidə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz, əbədidir, daimidir, dönməzdir”mövzusunda dəyirmi masa təşkil edilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyət başçısının birinci müavini Tofiq Mirzəyev, Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP rayon təşkilatının fəalları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Laçın Rayon İcra Hakimiyyət başçısının birinci müavini Tofiq Mirzəyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olunumuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində təcavüüzkar Ermənitanın 30 illik işğalına son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!
Daha sonra həmin mövzu ətrafında qarşılıqlı fikir mübadilələri aparılmış, dəyirmi masa iştirakçılarında maraq doğuran suallar üzrə diskussiya aparılmışdır.






