Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə görülmüş işlərə həsr olunmuş tədbir keçirilmişdir.

03 aprel 2025 | 17:32

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının 1-ci bəndi ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın aidiyyəti bəndlərindən irəli gələn vəzifələrin icrası bağlı bağlı 03.04.2025-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və müxtəlif təşkilatlarda çalışan dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilmişdir.

Müşavirdə həmin Tədbirlər Planının müvafiq bəndlərinə əsasən dövlət orqanları (qurumları) tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı illik hesabatların hazırlanması və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi, kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviq edilməsi məsələləri geniş müzakirə edilmişdir.

Tədbirdə gündəlikdə duran həmin dörd məsələ bağlı ətraflı məruzələr dinlənilmiş, həmin məruzələr ətrafında çıxış edənlər bu sahədə məqsədyönlü tədbirlərin davam etdirilməsinin zəruriliyini bildirmişlər.

Keçidlər