Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində “İnsan Hüquqları Aylığı" çərçivəsində “Yaşıl dünya naminə həmrəy olaq” və “insan hüquqlarının müdafiəsi”nə dair dəyirmi masa təşkil olunmuşdur.

12 iyun 2024 | 12:53

12 iyun 2024-cü il tarixində Laçın Rayon İcra Hakimiyyətinin  konfrans zalında təşkil olunan dəyirmi masada Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, aparatın əməkdaşları, ərazi üzrə icra nümayəndələri və  aidiyyəti idarə rəhbərləri iştirak edirdilər.

                 Tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq , çıxışında qeyd etmişdir ki,   Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiqi və insan hüquqlarının təminin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq ölkə Prezidenti cənab  İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunmuşdur. Rayon rəsmisinin çıxışında ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf Məqsədləri, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər sənədlər, eyni zamanda, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumatlar verilmiş,  Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin yüksək əhəmiyyətindən geniş bəhs olunaraq rayonda bu sahədə xeyli işşlər görüldüyü diqqətə çatdırılmışdır.  

                 Sonra tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçı  Məhəmməd Şahbazov çıxış edərək   ölkəmizdə Prezident cənab  İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşdığını,   2003-cü ildən həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətinin, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərin Laçın rayon sakinləri  tərəfindən  razılıqla qarşılandığını qeyd etmiş, həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)  ölkəmizin uğurla ev sahibliyi edəcəyini bunun dövlətimizin   iqtisadi-siyasi qüdrətindən xəbər verməklə nəinki ölkəmizdə eləcədə dünyada insanların sağlam mühitdə yaşamaq hüququnun tənzimləməsinə öz töhfəsini verəcəyini qeyd etmişdir.                                                                                                    

                Çıxış edən digər natiqlər ölkə Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün islahatların xalqımızın maddi rifahının yaxşılaşdırılmasına xidmət etməklə yanaşı hər bir vətəndaşın hüququnun yüksək səviyyədə müdafiəsinə zəmin yaratdığını qeyd  edərək  dövlət və vətəndaş həmrəyliyinin mövcud olduğu Azərbaycanda insan hüquqlarının qorunması məsələsində hər bir vətəndaşı fəal və həmrəy  olmağa səsləmişlər.

Keçidlər