Laçın Rayon İcra Hakimiyyətində etik davranış qaydaları ilə bağlı təlim keçirilmişdir
Təlimdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairə üzrə nümayəndəliklərin əməkdaşları iştirakı etmişlər. Aparatın etik müvəkkili - başçının birinci müavini Tofiq Mirzəyev etik davranış qaydaları mövzunda məruzə söyləmişdir. Qeyd edilmişdir ki, hesabat dövründə işçilərə etik davranış məsələləri ilə bağlı ətraflı izahat verilmiş, geniş maarifləndirmə işləri aparılmışdır. Vurğulanmışdır ki, işçilər arasında etik davranış qaydalarının pozulması hallarına rast gəlinəcəyi təqdirdə qanunamüvafiq qaydada barələrində tədbir görüləcəyi onların diqqətinə çatdırılmışdır.
Bundan başqa tədbirdə 2023-cü il ərzində Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri və ərazi nümayəndəliklərində çalışan dövlət qulluqçuları arasında etik davranış qaydalarının pozulması halları müəyyən edilmədiyi qeyd edilmişdir.
Yekunda aparatın etik müvəkkili tərəfindən işçilərə fəaliyyətlərini bundan sonra da etik davranış qaydaları çərçivəsində aparmaları və qanunvericiliyin tələblərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən tapşırıqlara ciddi əməl olunmasını və vətəndaşlarla hər daima nəzakətli davranmaları barədə tövsiyələr vermişdir.