Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda fərqlənməyə görə” medalı öz sahibinə təqdim edilmişdir.

20 dekabr 2024 | 16:59

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2024-cü il 24 iyun tarixli, 171 nömrəli Sərəncamı  ilə  bir sıra dövlət qulluqçuları ilə yanaşı Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəzənfər Aydın oğlu Abbaszadə də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.           
           Bu münasibətlə 2024-cü il 20 dekabr tarixdə Laçın Rayon İcra Hakimiyyətində həmin medalın təqdimetmə mərasimi keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli əvvəlcə ölkə başçısı cənab İlham Əliyevin dövlət  qulluqçularına davamlı qayğısından danışmış, dövlət idarəçiliyində həyata keçirilən tədbirlər barəsində məlumat vermiş, daha sonra ölkə başçısı cənab İlham Əliyevin 2024-cü il 24 iyun tarixli, 171 nömrəli müvafiq Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Qəzənfər Abbaszadəni təbrik etmiş, ona fəaliyyətində uğurlar arzu edərək medalı ona təqdim etmişdir.

             Qəzənfər Abbaszadə onun əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını qeyd edərək, bundan sonra da öz işində daha yüksək əzm və məsuliyyətlə çalışacağını bildirmişdir.

Keçidlər